MAQATE missiyası Zaporojye AES-ə səfər edəcək

 

MAQATE-nin missiyası Rusiyanın işğalı altında olan Zaporojye AES-ə səfər edəcək. Missiyaya Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi rəhbərlik edəcək.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə MAQATE rəhbəri öz tviterində məlumat verib.

Onun sözlərinə görə, missiya bu həftə Zaporojye AES-ə gələcək.

“Biz Ukrayna və Avropanın ən böyük nüvə obyektinin təhlükəsizliyini qorumalıyıq. Bu həftə Z AES-ə g səfər edəcəkmissiyaya rəhbərlik etməkdən qürur duyuram”, - Qrossi deyib.

O eyni zamanda, missiyanın səfər zamanı əsas məqsədləri barədə məlumat verərək bunları deyib: “Fiziki zərərin qiymətləndirilməsi, təhlükəsizlik və mühafizə sistemlərinin funksionallığını müəyyən etmək, işçilərin şəraitini qiymətləndirmək, təcili təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi…”

Mürtəza
Demokratikmusavat.com

0.11976909637451