Paralel.az " Peşəkar Futbol Liqası ..."> Paralel.az " Peşəkar Futbol Liqası ...">

"Sabah" "Neftçi" və "Qarabağ"ın nailiyyətini təkrarlayıb

 

"Sabah" futbol üzrə Azərbaycan Premyer Liqasında yeni nailiyyətə imza atıb.

Demokratikmusavat.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda buna ardıcıl 4 matçda qələbə qazanmaqla nail olub.

Paytaxt təmsilçisi son olaraq IV turda səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.

"Sabah" ölkə çempionatlarına 4 qələbə ilə başlamağı bacaran 9-cu komanda olub.
Bunadək 8 kollektiv mövsümün ilk 4 matçında xal itirməyib. Bunlar “Neftçi”, “Qarabağ”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Şəfa”, “Xəzri”, “Kəpəz” və AZAL-dır. İndiyədək 16 dəfə bir komanda ilk dörd qarşılaşmada 12 xal toplayıb.

0.12541007995605