Ərdoğan Pakistanın Baş naziri ilə telefonla danışıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı prezident Ərdoğan Pakistanda sel fəlakətinin doğurduğu fəsadlarla bağlı təəssüfləndiyini qeyd edib.

O, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyərək, hər zaman olduğu kimi bu çətin gündə də qardaş Pakistan xalqına hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.

0.13901305198669