Rumıniyada təyyarə qəzası: Ölənlər var - VİDEO

 

Avqustun 27-də Rumıniyanın Curcu vilayətinin Letka Noue kəndi yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması iki nəfərin ölümü ilə nəticələnib. Demokratikmusavat.com bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Təyyarə Letka Noue aerodromundan havaya qalxıb və tezliklə bir şahid onun yaxınlıqdakı meşədə qəzaya uğradığını bildirib. Göyərtədə olan iki nəfər həlak olub”, - deyə Rumıniya Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinin rəhbəri Raed Ərafat bildirib.

Məlumata görə, qəza yerinə yanğınsöndürmə və tibbi xidmətlər gəlib.

Hazırda hadisənin baş vermə şəraiti araşdırılır.

0.13590908050537