NATO-dan oğurlandığı iddia edilən məxfi sənədlərlə bağlı açıqlama

 

Şimali Atlantika Alyansının (NATO) məxfi hərbi sənədlərinin bir qrup haker tərəfindən ələ keçirilərək internet üzərindən satılması barədə xəbərə təşkilat tərəfindən aydınlıq gətirilib.

Ökə.az xəbər verir ki, NATO sözügedən məlumatları təkzib edib:

“Biz oğurlandığı iddia edilən məlumatlarla bağlı iddiaları qiymətləndiririk. Hər hansı bir NATO şəbəkəsinin pozulduğuna dair heç bir əlamət yoxdur”.

Qeyd edək ki, iddialara görə, oğurlanmış məlumatlar arasında Ukraynada istifadə edilən silahların planları da daxildir. Həmçinin, hakerlər Avropanın əsas silah istehsalçısı “MBDA Missile Systems” ilə bağlı sənədlər paketini satırlar.

Hətta 50 MB-lıq demoya "NATO MƏXFİSİ", "NATO MƏHDUDİYYƏTLİ" və "Məxfi olmayan Nəzarət Edilən Məlumat" etiketli sənədlər daxildir. Cəmi 80 GB həcmində olan oğurlanmış məlumat üçün hakerlər 15 bitkoin (317 000 dollar) tələb edirlər.

0.15789294242859