Ukrayna Rusiyaya məxsus silah anbarını vurdu

 

Ukrayna Silahlı Qüvvələrinin taktiki aviasiyası rusların Xersondakı hava hücumundan müdafiə obyektlərinə, Novopetrovkadakı əsas məntəqəsinə, canlı qüvvə və texnikasının toplandığı ərazilərə zərbələr endirib.

Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Pivden” əməliyyat komandanlığı məlumat yayıb.

Məlumata əsasən, Ukrayna əraziyə 250-dən çox raket və artilleriya vasitələri ilə atəş açıb.

Belə ki, Ukrayna zərbələr nəticəsində Rusiyanın 2 "Smerç", 3 özüyeriyən “Qiasint” topu, "Pion" özüyeriyən artilleriya silahı, "Nona" özüyeriyən artilleriya və minaatan qurğusu, 5 ədəd zirehli və avtomobil texnikasını məhv edib. Bundan başqa, 24 rus əsgəri isə həlak olub.

0.12302303314209