Polşa Cənubi Koreya müqavilə bağlayıb

 

Polşanın Müdafiə Nazirliyi Cənubi Koreya ilə “К2 Black Panther” tankları və “K9” özüyeriyən artilleriya qurğularının alınmasına dair müqavilə imzalayıb.

Demokratikmusavat.com xəbər verir ki, imzalanma mərasimni Polşanın Moronq şəhərindəki hərbi hissədə baş tutub.

Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib ki, oktyabrda hərbçilər yeni texnikanı öyrənmək üçün Koreyaya ezam olunacaq.

Müqaviləyə görə yaxın 3 ildə “Hyundai” Polşa ordusunu180 ədəd K2 tankı ilə təchiz edəcək. Şirkət həmçinin texnikanın öyrədilməsi və sursat təchizatını da üzərinə götürüb.

0.42460608482361