Britaniyadan İLK: London bundan imtina etdi

 

2021-ci ildə Rusiya qazı Britaniya idxalının təxminən 4%-ni, Rusiya nefti isə 11%-ni təşkil etsə də, Böyük Britaniya ilk dəfə olaraq Rusiyadan enerji idxalından tamamilə imtina edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, iyun ayında Rusiyadan digər malların idxalı da 33 milyon funt-sterlinqə (39 milyon ABŞ dollarına) düşüb və 1997-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə çatıb.

“The Spectator” nəşri isə bildirib ki, İngiltərə Rusiyadan neft idxalını dayandırdıqdan sonra onu üçüncü ölkələr vasitəsilə almağa başlayıb.

0.4160008430481