Trampın evində məxfi sənədlər tapıldı

 

FTB ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatında yerləşən Mar-a-Laqo malikanəsinə basqın zamanı sənədlər saxlanılan 15 qutu tapıb. 14 qutudan 184 məxfi sənəd aşkar edilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Federal Təhqiqat Bürosu (FTB) bəyanat yayıb.

Bəyanatda Trampın vəkili və FTB arasında gizli sənədlərin Mar-a-Laqodakı bir otaqda saxlandığına dair yazışmalar da var.

0.12986707687378