Tovuzda 8 yaşlı oğlan uşağı 36 yaşlı şəxs tərəfindən cinsi təcavüzə məruz qalıb.
Tibbi müayinə zamanı zorlanma öz təsdiqini tapıb.
Uşağı zorlamaqda ittiham olunan şəxs rayonun tanınmış təhsil işçisinin oğludur və rayon polis şöbəsində də yaxın qohumu çalışır.
Hadisəni ört-basdır etmək istəsələr də, ictimailəşəndən sonra cinayət törədən şəxs artıq dünən saxlanılıb və barəsində cinayət işi açılıb.