“Bu gün bizim üçün bayramdır. Çox xoş hisslər keçiririk”.
Bu sözləri "Demokratikmusavat.com "-a açıqlamasında laçınlı xanəndə, Əməkdar artist Ehtiram Hüseynov deyib.
O, səbirsizliklə Laçına köçəcəkləri günü gözlədiyini bildirib:
“Laçına köçlə bağlı hazırılıqlar da başlanıb. İnşallah, hamımız gedəcəyik, nəsillikcə ora köçəcəyik.
İndi bir az səhhətimdə problemlər var. Sağlamlığım nə qədər imkan versə, Laçına gedəcəyəm. İnşallah ki, o vaxta qədər hər şey daha yaxşı olacaq”, - deyə xanəndə əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.
Billurə Yunus