Mədəniyyət ocağı haqqında məlumat gülüş doğurdu - FOTO

 

“iTicket.az” saytında Yaşıl Teatrla bağlı yerləşdirilən məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Demokratikmusavat.com xəbər verir ki, anlaşımaz formada olması sosial şəbəkə istifadəçi tərəfindən tənqid edilib.

Tənqidlərdən sonra sayta Yaşıl Teatr haqqında yerləşdirilən məlumat redaktə edilib. 

Mətnin redaktədən sonrakı versiyasında ilk cümlədə “Yaşıl Teatr”dan sonra səhvən –(tire) işarəsi qoyulub.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən  "iTicket.az" həm onlayn, həm də offlayn olaraq konsertlərə, teatrlara, idman və əyləncə tədbirlərinə bilet satışını reallaşdırır. 

 

0.37819814682007