Bu müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək

 

Cari ilin 7 avqust tarixində Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak etmiş, onlardan 482 nəfər tələb ounan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, test imtahanında uğurlu nəticə göstərərək müsahibə mərhələsinə buraxılan namizədlər topladıqları bala və ixtisaslarına uyğun olan  vakant vəzifələr üzrə müsahibələrdə iştirak etmək üçün 25 avqust 2022-ci il saat 09:00-dan 29 avqust 23:59-dək “Müsahibə mərhələsi üzrə vakansiya seçimi Müraciət Forması”nı (//bit.ly/3pJmaZL) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə daxil etdiyi məlumatların tamlığı, həqiqiliyi və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu yoxlanılır, məlumatların düzgünlüyü təsdiq edildikdən sonra namizədə müsahibələrin keçirilmə yeri və vaxtı barədə məlumat veriləcək.  

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab ediləcək. 

Müsahibə mərhələsi 5-9 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.

Qeyd: Hər bir namizəd ixtisasına uyğun olaraq maksimum 5 vakant yer seçə bilər. Topladığı bala və müvafiq ixtisasa uyğun vakant yer olmadığı halda namizəd test imtahanı nəticələrinə uyğun olaraq 2 il ərzində Nazirlik tərəfindən təşkil olunan müsahibələrdə iştirak etmək hüququna malikdir. 

0.16621518135071