Neft məhsullarının aksiz dərəcələri səviyyəsi dəyişdirilib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalıayıb.
Qərarda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarının 1-ci hissəsinin cədvəlinin ikinci sətrində “42,0” rəqəmləri “42,5” rəqəmləri ilə, 4-cü sətrində “18,0” rəqəmləri “18,3” rəqəmləri əvəz edilsin.
2. Ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar (təchizatçılar) tərəfindən Naxçıvan Muxtar
Respublikasına daşınmasına (təchizatına) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən
xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya verilsin”.