"Google pay" (GPay) ödəmə sistemi Azərbaycanda aktiv olub.
Demokratikmusavat.com bu barədə "Mastercard" şirkətinə istinadən xəbər verir.
Belə ki, artıq “Google Pay” yerli bankların sisteminə inteqrasiya olunub.
Qeyd edək ki, "Google Pay" ödəmə sistemi "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarla nağdsız ödənişlərə imkan verir.