22 yaşlı qadın ərini öldürüb bişirdi - DƏHŞƏTLİ QƏTL

 

"Demokratikmusavat.com" bildirir ki, 22 yaşlı qadın ona xəyanət edən ərini əvvəlcə öldürüb sonra bişirib.

Belə ki, evdən pis qoxular gəldiyini görən qonşular aidiyyəti qurumlara məlumat veriblər.

Hadisə yerinə gələn polislər gördükləri mənzərədən şoka düşüblər. Gənc qadın ərini öldürüb, onun cəsədini parçalayıb və bişirməyə başlayıb. O, ərinin onu daim aldatdığını və bu davranışından bezdiyini bildirib:

“Həyat yoldaşımı və onun sevgilisini evdə gördüm. Qadın gedəndən sonra mübahisə etdik. Ərim bıçaq çəkdi. Ona dedim ki, əgər aldadırsa, qurtulmaq üçün məni öldürməlidir. Bıçağı mənə tərəf tutdu”.

Gənc qadın daha sonra bıçağı kişinin əlindən alaraq onu öldürdüyünü deyib.

“Həyat yoldaşım məni və beş yaşındakı qızımı döyürdü. Bir neçə dəfə məni aldatdı. Bu davranışından bezdim və ona görə də, onu öldürdüm”, deyə o, əlavə edib.

30 yaşlı kişinin meyiti ekspertizaya aparılıb. Qadın isə yerli mediaya bildirib ki, əməlindən peşmandır və qızı üçün darıxır.

Onun ərinin qalıqlarını niyə bişirdiyi ilə bağlı heç bir açıqlama verilməyib.(sfera.az)

0.81673812866211