Baba Rzayev  QANUNLARA NİYƏ ƏMƏL etmir? - İşçilərin həyatı təhlükədədir...

 

Mingəçevir Regional Elektrik Şəbəkəsinin (REŞ MMC) rəhbərliyi əmək qanunvericiliyini pozaraq, işçilərin əməyini istismar edir.

"Demokratikmusavat.com" Ovqat.com-a istinadən xəbər verir ki, bu barədə qurumun işçiləri məlumat veriblər.

İşİşçilərin bildirdiyinə görə, son zamanlar Mingəçevirdə havanın temperaturu 45 dərəcəni keçir. Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu 41 dərəcədən artıq qeydə alındıqda işəgötürən səlahiyyəti daxilində əməyin mühafizəsi ilə bağlı tədbir görməlidir.

Yəni, ya işi dayandırmalı və ya işçilərini kölgədə işlətməlidir. Mingəçevir REŞ MMC-nin rəhbərliyi isə qanunvericiliyin bu tələbinə məhəl qoymur, işçilərindən açıq havada günəşin altında işləməyi tələb edir.

Özü də səhər saat 8.00-dən axşam saat 17.00-yə qədər elektikçiləri qızmar günəşin altında dayanmadan çalışmalıdırlar.

İddialara inansaq, 1 həftədən çoxdur ki, Mingəçevirdə temperatur 45 dərəcəni keçir. Hətta bu səbəbdən rayonda insanları günvurma halları da qeydə alınıb.

Kondisionerli kabinetdə əyləşib sərinliyin keyfini çıxaran REŞ rəhbərliyi isə cəhənnəm odunda qovrulan işçilərin şikayətinə belə qulaq asmaq istəmir.

Mingəçevir REŞ MMC-nin işçiləri bu cəhənnəm əzabının müqabilində cəmi 280 manat maaş alırlar..

"Azərenerji" ASC-nin sədri Baba Rzayev isə tabeliyində fəaliyyət göstərən müəssisə rəhbərlərinin ölkə qanunlarına riayət edib-etməmələrinə nəzarəti tam unudub, bu barədə heç qəti düşünmür də.

Baba Rzayevin bütün günü dövlətin "Azərenerni" ASC-yə ölkənin enerji təminatını yaxşılaşdırmaq üçün ayırdığı milyonları mənimsəməyə, eyş-işrətə sərf etməyə, ailə üzvlərinə, PA-dakı himayəçi ortaqları arasında bölməklə məşğuldur.

Şahidlərin dediyinə və media üzərindən dərc olunmuş yazılara görə, Baba Rzayev ASC-də tək rəhbərlik etməklə məşğul olmur,  həm də "Azərenerji" ASC -də çalışan bəzi xanımlarla əylənməyə də vaxt ayırır.

Medianın gündəminə çevrilmiş, hazırda videogörüntüləri və şəkilləri sosial şəbəkələrdə və internetdə yayılan FHN-nin xanım və kişi zabit əməkdaşları arasında dövlət idarəsində, iş yerində baş verən intim seks kadrlarının eynilərinin
"Azərenerni" ASC-də geniş dəbdədir və deyilənlərə inansaq, sədr özü bu olayların başındadır...

0.16990113258362