Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
"Demokratikmusavat.com" xəbər verir ki, sərəncamla Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Rəsul Afiq oğlu Tağıyevə
general-mayor Müzəffər Ələsgər oğlu Pirizadəyə
general-mayor Elçin Zaur oğlu İbrahimova
general-mayor ali hərbi rütbəsi
polkovnik Zaur Rəşidoviç Niftullayevə
polkovnik Natiq Zahid oğlu Abuzərliyə
polkovnik Misir Əziz oğlu Əliyevə
polkovnik Aqil İnşalla oğlu Babayevə
polkovnik Azad Əyyub oğlu Abdullayevə
polkovnik Vüsal Eynulla oğlu Sultanova