Ermənilər Qərbi Zəngəzura istirahətə getməkdən qorxurlar

 

Müharibədən sonra Qərbi Zəngəzurda (Sünik) turizm dəfələrlə azalıb, nəticədə qonaq evləri bağlanıb, bir çox insan ağır durumla üzləşib. Azərbaycanla sərhədə çevrilən Qərbi Zəngəzur Ermənistan vətəndaşları və əcnəbilər üçün cəlbediciliyini itirib, çünki insanlar təhlükəsizlik məsələlərindən narahatdırlar. 

Demokratikmusavat.com ” “hraparak”a istinadən xəbər verir ki, hətta İrəvanda və digər bölgələrdə yaşayan ermənilər də Zəngəzura getməkdən yayınırlar. 

Müharibədən əvvəl Tatev və Gorus ən cəlbedici turizm istiqamətləri hesab olunurdu və çoxlu sayda erməni və xaricdən gələn qonaqlar həmin istiqamətə gedirdilər. Lakin 44 günlük müharibədən sonra Zəngəzura səfər edən turistlərin sayı kəskin azalıb.

Mürtəza
Demokratikmusavat.com

0.14596009254456