Paralel.az " xəbər verir ..."> Paralel.az " xəbər verir ...">

Daha 815 güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR

 

Mənzil İnşaatı Dövlət Agentliyi yeni güzəştli mənzillərin satışına başlayır.

Demokratikmusavat.com xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "6" ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binasi üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzre 8, 21 saylı binasi üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 ve 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 815 mənzilin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-dək davam edəcək.

"Azərbaycan Respublikasının Mənzil Inşaatı Dövlət Agentliyinin serancaminda olan mənzilləri vatandaşların güzəştlə əldə etməsi Qaydası'na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq va 22 sentyabr 2022-ci il tarixi saat 11:00-dək davam edecekdir.

Mənzillər haqqında məlumat:

Mənzillərin əldə edilməsi "Elektron hökumet" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindan asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil sisteminden istifadə qaydası ilə bağlı etrafli melumatla, o cümlədən mətn ve video formatlı təlimatlarla www.mida.gov.az ve www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ila nəzərdə tutulmuşdur.

Qeyd: "Azərbaycan Respublikasının Menzil Inşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə elde etmeleri Qaydası"nın 5.6-ci bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qerarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Studio tipli mənzillərin qiyməti - 33 222 manatdan,

1 otaqlı mənzillərin qiyməti - 33 222 manatdan,

2 otaqlı mənzillərin qiyməti - 53 732 manatdan,

3 otaqlı mənzillərin qiyməti - 68 904 manatdan,

4 otaqlı mənzillərin qiyməti - 91 295 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

0.13772296905518