Xankəndindəki separatçı-terrorçu dəstənin təmsilçisi Vitali Balasanyanın Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri ilə birlikdə Laçın şəhərinə səfərinin səbəbi açıqlanıb.
“Demokratikmusavat.com ” “armenpress”ə istinadən xəbər verir ki, Vitali Balasanyan Rusiya sülhməramlı qüvvələrinin və Azərbaycan tərəfinin nümayəndələri ilə birlikdə Laçında olub.
Balasanyanın Laçına səfəri Xankəndi ilə Ermənistanı birləşdirəcək yeni yolun tikintisinin gedişi ilə tanış olmaq məqsədi daşıyıb.
Ermənistanın “Aravot” qəzeti isə yazır ki, Vitali Balasanyan Laçında olarkən avqustun 25-dək Ağavno, Laçın və Nerkin Sus sakinlərinin təxliyyəsi məsələsi ilə də bağlı müzakirələr aparılıb.
Mürtəza
Demokratikmusavat.com