Bu çayların sahilbərkitmə işlərinə 1,7 milyon manat xərclənəcək

 

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Zaqtala rayonunun ərazisindəki Tala, Muxax, Qanıx, Katex və digər çaylarda sahilbərkitmə işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Demokratikmusavat.com  xəbər verir ki, tenderin qalibi "TNN" QSC olub.

Qalib şirkətlə 1,68 milyon manat məbləğində satınalma müqaviləsi imzalanıb.

0.13539004325867