Bu ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,9% artıb.
Bu barədə “Demokratikmusavat.com ”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin 5 ayı ərzində paytaxtda orta aylıq nominal əməkhaqqı 1 066,9 manat təşkil edib.