Füzulidə 14 milyon manatlıq 6 bina tikiləcək

 

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Füzuli şəhərində 8,9 hektar torpaq sahəsində 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Demokratikmusavat.com  xəbər verir ki, tenderin qalibi “El-Seym İnşaat” QSC və “SNT İnşaat Şirkəti” konsorsiumu olub.

Qalib şirkətlə 14 mln 436 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

0.14977502822876