“Meydanda güclü olmadan masada güclü olmanın çətinlikləri məlumdur. Azərbaycanın işğal altındakı torpaqlarının azadedilmə prosesi bunun ən bariz nümunəsidir”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.
“30 ilə yaxın davam edən işğal qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət heç bir addım atmadı. Azərbaycanlı qardaşlarımız illərdir həm işğalın, həm də itkilərinin acısı ilə yaşamaq məcburiyyətində buraxılıb. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib olub. 44 gün davam edən dastanvari mübarizənin nəticəsində, həmd olsun, Qarabağ yenidən azadlığına qovuşub, 30 illik işğala son qoyulub”, - dövlət başçısı vurğulayıb.