“Azərsu” bu şirkətlərə 55 milyon manatlıq tenderlər verdi

 

“Azərsu” ASC Bakı şəhərinin bir hissəsinin və Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı elan etdiyi 2 tenderə yekun vurub.

“Demokratikmusavat.com ” xəbər verir ki, tenderlərin qalibi “Arko Təmir Tikinti Şirkəti” MMC, “Maqro Construction MMC-nin yerli filialı və "AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi olub.

Qalib şirkətlərlə müvafiq olaraq 5 mln 115 min manat və 49 mln 476 min manat, ümumilikdə isə 54 mln 591 min manat  məbləğində satınalma müqaviləsi imzalanıb.

0.1500039100647