Professor Adil Qeybulla yazır

 

          Salam dostlar!

Bəşəriyyətə vaqe olan səmavi dinlərin (buddizm, zərdüştlük, iudaizm, xristianlıq, islam) hər biri bir kültürdür, mədəniyyət nümunəsidir.

Dinlər, əslində, insanlara mərhəmət kimi ən ali keyfiyyəti aşılayan ilahi nəsihətdir. Dinlə qətiyyən işimiz yoxdur. Zatən bir faktı yaddan çıxarmayaq ki, millətimizin və xalqımızın etiqad və inam dini vaxtilə Roma mədəniyyətinin inkişafında əvəzsiz rolu olan Zərdüştlük olub. İlsam dini isə bizə 11-ci əsrdə zorla qəbul etdirilib.

Azərbaycanın azadlığı uğrunda misilsiz savaş aparan Babək tariximizin ən böyük şəxsiyyətlərindən biridir.
1-ci yazı qətiyyən dinin təftişi deyil, mühafizəkar məzhəb zehniyyətinin ehkamlaşmış və daşlaşmış stereotipinə münasibətdir.

Bu gün islam inanclı hər məkanda müşahidə edilən müsəlman və şəriət mühitinin ruhu məzhəbə bağlıdır. Məzhəblərin isə idarə nöqtələri, pultları var. Məzhəblər və onların yaradıcıları hamı tərəfindən qəbul edilmir, çünki hər bir məhzəb dinin baza prinsiplərinin təhrifinə dayanan kəlam toplusudur, əməli həyatda idealizmdən praqmatikliyə meyllənən figh məktəbidir.

Bir sıra islam alimləri məzhəbləri Qurani-Kərim və Məhəmməd peyğəmbərin (s) sünnəsinin fərqli anlama variantları kimi də təhlil edirlər. Əslində məzhəblər səmavi dini kuralların etiqadi (ideoloji, ruhi-mənəvi) və siyasi (praqmatik) istiqamətdə fərqli düşüncə məktəbləridir.

Xristianlarda da bu belədir. Lakin xristianlar bu gün məzhəbçi islamın yaşadığı vəhşi dövrü arxada qoyublar. Məzhəb dinin mutasiyaya uğramış variantıdır, geriyə isə yolu yoxdur.
İnanclı insanlarla işim yoxdur. Hər kəsin vicdan azadlığı onun konstitusion hüququdur.
Gəlin, səmimi danışaq.

Bu gün siyasi islam məzhəbinin nümayəndələrinin hədəfi nədir – dini dövlətin yaradılması. Bu təhlükəli hədəf dövlətimizin və millətimizin hədəfi ola bilərmi? Qətiyyən!

İran və Səudiyyə Ərəbistanı, yaxud digər ərəb dövlətləri ilə Almaniya, İngiltərə, İsveçrə, Fransa dövlər nümunələrini müqayisə edin. Niyə xaricə yaşamağa gedəndə Səudiyyə Ərəbistanını, İranı, İordaniyanı, Livanı, Liviyanı seçmirik? Sorunlar çoxdur!

Yazırsınız ki, Londondakı Mehdi nökərləri təşkilatını ingilislər yaradıb və onlardan alət kimi istifadə edirlər. Bəs müsəlmanlar niyə ingilisləri, almanları “verbovka” edib (öz təsiri altına salıb) istifadə edə bilmirlər? Düşündürücüdür, deyilmi?

Növbəti dəfə bir mühüm məsələyə də aydınlıq gətirmək zərurəti var...

0.14888501167297