İslam Əməkdaşlıq Təşkilatı avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.
"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.
“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini qruplar tərəfindən zorakı və qəbuledilməz hücumu pisləyir”, - İƏT-in bəyanatında qeyd olunur.
"Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədiblər, binanın eyvanında dini bayraqlar qaldırıblar və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozdu", - təşkilat vurğulayıb.
"Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir", - İƏT vurğulayıb.