“Akkord”un şirkəti 4,6 milyon manatını geri çəkir

 

“Akkord Logistika Mərkəzi” MMC nizamnamə kapitalını kəskin azaldır.

“Demokratikmusavat.com ” xəbər verir ki, şirkət kapitalını 4 634,690 min manat azaldaraq 100 manata endirir.

Şirkətin nizamnamə kapitalı hazırda 4 634,790 min manat təşkil edir. 

“Akkord Logistika Mərkəzi” MMC 26.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Məmmədbağırov Sərxan İlham oğludur. Şirkət Bakı şəhəri Sabunçu rayonu, Mədən 1 ünvanında qeydiyyata alınıb.

Qeyd edək ki, S. Məmmədbağırov “Akkord”un bir sıra şirkətlərinin də qanuni təmsilçisidir.

0.15434288978577