ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağ məsələsini müzakirə ediblər.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Blinken qeyd edib ki, ABŞ həmfikir tərəfdaşlarla və ATƏT-in Minsk Qrupunun həmsədr rolu vasitəsilə Ermənistan və Azərbaycan arasında dialoqun asanlaşdırılması və münaqişənin uzunmüddətli siyasi həllə nail olunmasına kömək etmək üçün ikitərəfli əməkdaşlıq etməyə hazırdır.
Mürtəza
Demokratikmusavat.com