İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə növbəti dəfə hərrac keçirib.
Demokratikmusavat.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərracda Xızı rayonunda yerləşən “Şurabad” qum yatağının 5 hektar sahəsi, Bakının Qaradağ rayonunda “Gülbaxt”, “Vulkan”, “Şahqaya”, “Karvansaray” əhəngdaşı yataqlarının müvafiq olaraq 3,66, 13,72, 3, 15,68 hektar sahəsi, Daşkəsən rayonunda “Bulaqlı” mərmərləşmiş əhəngdaşı yatağının 1 hektar sahəsi və Salyan rayonunda “Babazənən 1” gil yatağının 1 hektar sahəsi istifadəyə verilib.
Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür.