“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəməsi "ASK Poliqrafiya" MMC nizamnamə kapitalını azaldır.
Demokratikmusavat.com xəbər verir ki, şirkət nizamnamə kapitalını 3 dəfə azaldaraq 75,2 min manatdan 24,508 manata endirir.
Məlumata əsasən, "ASK Poliqrafiya" MMC-nin bütün kreditorları 30 gün müddətində tələb və iddialarını AZ1025, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 23 ünvanına bildirə bilərlər.