200 min manatlıq şirkətin əmlakı bölüşdürüləcək

 

Ləğv prosesində olan “Sumqayıt Dəmir Beton-1” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Demokratikmusavat.com ın məlumatına görə, yığncaq 2022-ci il sentyabrın 9-u saat 12.00-da Sumqayıt şəhəri, 18-ci məhəllə, Azərbaycan prospekti 145 nömrəli ünvanda (Məclis Evi ) baş tutacaq.

Yığıncağın gündəliyinə ləğv prosesində olan “Sumqayıt Dəmir Beton-1” ASC-nin ləğvetmə balansının və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatının təsdiq olunması məsələsi daxildir.

Qeyd edək ki, “Sumqayıt Dəmir Beton-1” 05.12.2003-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi  Həmzəyev Elxan Həmzə oğludur. Nizamnamə kapitalı 185 824 manat olan şirkət Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 (Özbəkistan küçəsi 1) ünvanında qeydiyyatdadır. 

 

0.14868116378784