Bakıda həbsxanada tanınmış qadın məhkum ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada cəza çəkən Rahilə Rüstəm qızı İsmayılova ölüb. Onun ölüm səbəbi hələlik açıqlanmır.
Qeyd edək ki, Rahilə İsmayılova kriminal aləmdə “Qara Rahilə” kimi tanınıb. O, 2012-ci ildə narkotik ittihamı ilə həbs edilib.
Araşdırma zamanı onun çoxsaylı oğurluq və cibgirlik cinayətlərinin üstü açılıb.