Ataları döydü, onlar baltaladı: Qardaşların törətdiyi QƏTLİN SƏBƏBİ

 

İyulun 31-də Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun qardaşı oğlanları tərəfindən öldürülməsinin təfərrüatı məlum olub. 

Demokratikmusavat.com -ın verdiyi xəbərə görə, hadisə mülk üstündə baş verib.

Belə ki, Təzə Alvadı kəndində baba mülkünün bölünməsi qohumlar arasında münaqişəyə səbəb olub. 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərov evin onlara məxsus olduğunu söyləyərək, əmiləri İbadulla Səfərovla davaya çıxıblar. Tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə münaqişə ölümlə nəticələnib. 

Sakinlərin bildirdiyinə görə, İbdulla Səfərov ata yurdunun üçdəbir hissəsinin ona aid olduğunu deyərək, evi sökmək istəyirmiş. Qardaşlar buna etiraz ediblər. 

Digər məlumata əsasən, qətl törədən qardaşların ataları hazırda həbsdədir. Onun həbsinə səbəb qardaşı İbdulla Səfərovla dava etməsi olub.

Qeyd edək ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Hazırda iş üzrə istintaq davam edir.

0.13654613494873