ƏCAİB AKADEMİK REAKSİYALAR - professor Idris Abbasov yazır

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, Ramiz Mehdiyev xəttinə sədaqəti ilə tanınan professor Solmaz Rastəmova-Tohidi dəqiq, texniki, təbiət elmləri institutlarının akademik statuslarının ləğv edilməsi, onların nazirlik strukturlarına tabe edilməsini özü üçün ağır yenilik sayıb: "Dəqiq, texniki, təbiət elmləri institutlarının Akademik statuslarının ləğv edilməsi, onların Nazirlik strukturlarına tabe edilməsi mənim üçün ağır bir yenilik oldu."

AMEA-da milyonlarla yeyintilərdən, elmə gələn gənclərin məhz əksər ziyanlı "qocalar", ya ortayaşlılar tərəfindən səhv yönləndirilməsindən, onların elmsiz və savadsız yetişməsində maraqlı olan akademşəbəkə üzvlərindən, dövlət maraqlarının ayaq altına salınmasından bir kəlmə də bəhs etməyən xanım Tohidi aralarında dövlət əmlakını paramparça etmiş alim-akademikləri ekrana gətirən Tv müxbirlərinin və bu mənzərəni təqdir edənlərin səviyyəsinin PLİNTUSDAN AŞAĞI olduğunu deyir. O, xəyalən etik bir zəmin yaradaraq (nağıllarda olduğu kimi, məsələn: "elmi kadrlar yetişdirmiş qocaman alimlər") akademiyadakı gerçəklikləri akademşəbəkənin digər üzvləri kimi ört-basdır etməyə çalışır. Xanım, görəsən, bizi ağ günə çıxaran hansı yetişdirmələrdən danışır?

Qatar gedib, gecdir, sonuncu döngəsi qalıb. Zamanın tələbidir. Artıq heç kimi aldatmaq mümkün deyil.
Alim qılafına girib gələcəyimizi çoxdan tabuta qoymusunuz. Menyunuzda etiraf etmək yoxdur, ancaq yalanları həqiqət şəklində göstərmək dirənişləri var. Çox təəssüf...

Bilin və agah olun ki, savadlı, bir neçə dil bilən, geniş mütaliəsi, sərbəst düşünmə qabiliyyəti olan gənclərin çoxu, vallah, maddi duruma görə yox, sizin ögey münasibətə, qısqanclığınıza, paxıllığınıza görə elmə gəlmirlər. Bunun mən illərdir şahidiyəm. Çünki informasiya texnologiyalarına yiyələnmiş müasir gənc düzgün istiqamətlənərsə, sizin alimliyinizə ciddi "ziyan" vurar.
Ekspert Şurasının necə üzvü olub, onlar nə ilə məşğul olublar.

nə ilə məşğul olurlar, onu da gözəl bilirəm, çünki mən də sizin kimi ekspert olmuşam.
Ağızdolusu, fəxarətlə danışdığınız və "savadsız" adlandırdığınız o gənclər də sizin məhsullarınızdır. Niyə giley edirsiniz? Nə isə. Cavablar çoxdur. Amma nə hacət?!
Sizdə obyektivlikdən əsər olsaydı, işlədiyiniz qurumda dövləti və milləti rəncidə edən, gözünüzün qarşısındakı həqiqətlərə - şəxsi marağınızdan keçib -anındaca reaksiya verərdiniz...

0.13893485069275