Professor İdris Abbasov yazır: TƏHLÜKƏ HƏLƏ QABAQDADIR

 

"Sherg.az" Prezidentin Fərmanı ilə yaradılmış Elm və Təhsil Nazirliyi haqqında 19 il BDU-nun rektoru, 10 il deputat və s. olmuş, özünə külli miqdarda sərvət toplamış akdemik Abel Məhərrəmovun fikrini öyrənə bilməyib. Şəhərdən kənarda olduğunu əsas gətirərək, münasibət bildirməkdən imtina edib: " Hazırda Azərbaycanda deyiləm, şəhərdən kənardayam. Məni üzrlü sayın". Heç əməlli cavab da deyil. Şəhərdən, yoxsa ölkədən kənarda olduğunu adam izah edə bilmir. İki kəlmə danışmaq üçün harda olmağın nə dəxli?
Bax, dövlətə, xalqa 3 qəpiklik faydası olmayan, əksinə, total zərəri olan akademiklər, bu qədər sərvət azmış kimi, hələ büdcədən hər ay müftə 2000 manat da qoparırlar. Ölkənin qazisi isə çörəksizlikdən intihar edir, ailələr dağılır. Sadəcə, bundan böyük dəhşət və fəlakət ola bilməz!

Abel Məhərrəmovun Azərbaycandakı və xaricdəki mülkləri ilə bağlı dəyəri milyonlarla ölçülən, Azərbaycan xalqını heydən salıb heyrətə salan əmlaklarını aktual.az diqqətə çatdırıb:
"1. “El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. “Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596)
3. “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.
4. BDU-nun yaxınlığında 20-yə yaxın bufet və yeməkxanalarından ildə 1 milyon 200 min manat arenda pulu gəlir kimi götürülür.
5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.
6. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)
7. BDU tələbələrinin elmi-texniki təchizatının sosial-məişət avadanlıqlarının müasirləşdirilməsi adı altında dəyəri 930 milyon 282 min manat civarında olan avadanlıqlar gömrük rüsumu ödənmədən ölkəyə gətirilərək Abel Məhərrəmovun otel və restoranlarında yerləşdirilib.
A. Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
1) “Lamborghini”
2) “Bentley”
3) “Porsche Cayenne”
4) “Land Rover”
5) “Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min avro dəyərində ölçülür)
6) “Audi Q7”
7) “Audi Q8” (Son model, qiyməti 450 min avro)
8 ) “Mercedes Geländewagen” (qiyməti 250 min avro)
9) “BMW X6” (son model – qiyməti 200 min avro)
10) “BMW -760” (qiyməti 400 min avro)
Mənbə: Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov
Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:
1) Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;
2) Quba rayonunda 1 villa;
3) Xızı rayonunda 1 villa;
4) Nabranda 1 villa;
5) Şüvəlan qəsəbəsində 1 villa;
6) Mərdəkan qəsəbəsində 1 villa;
7) AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;
Şərifzadə küçəsində yerləşən ev.
– Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası.
– 8-ci mikrorayonda daha bir restoranı
– N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.
Aktualxeber.az-a yeni daxil olan məlumatlara görə A. Məhərrəmovun mətbuatda indiyə kimi adı hallanmayan daha bir neçə əmlakları var. Bunlara Moskvadakı böyük biznesi və orada aldığı bir kv.m 25.000 dollara olan bahalı mənzil, Çində mebel fabriki də var. Həmin bizneslərə qohumu Amil Məhərrəmov nəzarət edir.
Bundan əlavə akademik özəl həyatına da pullar əsirgəmirmiş… Belə ki, ona yaxın olan xanımlara lüks şərait yaratmaq onun xobbisinə çevrilibmiş.. Buna BDU-nun iki xanım əməkdaşı üçün edilənləri misal çəkə bilərik. Filoloq alim Səidə Abbasova və tarixçi dosent Gövhər Rizayevanın Abel Məhərrəmova yaxın insanlar olduğu BDU-da hamıya məlumdur. Onların müdafiəsindən tutmuş mənzillərinə, maşınlarına, obyektlərinə və digər qayğılarına keçmiş rektorun sayəsində nail olduqları heç kimə sirr deyildir. Yüzlərlə mənzilə ehtiyacı olan BDU-nun hörmətli alimləri evsiz qaldığı halda hər iki xanıma BDU-nun əməkdaşları üçün tikilən yeni binada 400 kv.m-lik tam təmirli mənzil hədiyyə edən akademik onlara 80.000 dollarlıq bahalı avtomobillər də hədiyyə edibmiş…BDU-da hamıya “yuxarılardan mənə bu xanımları tapşırıblar deyə edirəm” deyə gözdən pərdə asmağa çalışan Abel müəllimin əsil xisləti əslində hamıya məlum idi. Bu siyahını uzada da bilərik…"

0.14582300186157