Beyləqanda iki avtomobil toqquşub, ölən və yaralananlar var

 

Beyləqanda iki avtomobil toqquşub, ölən və yaralananlar var.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 29-da Beyləqan rayonunun Bünyadlı kəndi ərazisində rayon sakinləri R.Əliyevin idarə etdiyi “Ford” və O.Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib, sərnişin Qasım Quliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

0.17199015617371