Hesablama Palatasının sədrinin və auditorların maaşları artırıldı - RƏSMİ

 

Hesablama Palatasının üzvlərinin təminatları dəyişib.

Demokratikmusavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hesablama Palatası” haqqında qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Hesablama Palatasının sədri 3150 manat, Hesablama Palatası sədrinin müavini 2800 manat, Hesablama Palatasının auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qanuna əsasən, Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən müavinət verilməsinə dair müddəa da ləğv olunub.

Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minib.

0.16387104988098