ABŞ-ın Alyaska ştatında dəhşətli ailə faciəsi baş verib.
"Demokratikmusavat.com" xəbər verir ki, 15 yaşlı oğlan 5, 8 və 17 yaşlı 3 bacısını tapança ilə öldürüb. Qətli törədən yeniyetmə daha sonra tapança ilə başından vurub. Evdən silah səslərini eşidən qonşular qısa zamanda polisə xəbər veriblər.
Hadisə yerinə gələn polis evdən 4 nəfərin cəsədini aşkarlayıb. Polis cinayət zaman uşaqların valideynlərinin evdə olmadığını bildirib.
Alyaska Dövlət Qoşunlarının insidentinin səbəbləri araşdırır.
Gülayə Mecid