Bakıda Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin bağlanış mərasimi keçirilib.
"Demokratikmusavat.com" xəbər verir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun nitqi ilə başlayan bağlanış sessiyasında Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsi iştirak edib.
Daha sonra Ceyhun Bayramov iştirakçılarla birgə xatirə fotosu çəkdirib.
Qeyd edək ki, Qoşulmama Hərəkatı heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.
Azərbaycan 2023-ci ilin sonunadək Qoşulmama Hərəkatına sədrlik edəcək.