Neft bahalaşdı

 

Cümə axşamı dünya birjalarında neft bir barel üçün 1 dollardan çox dəyər qazanıb.

“Demokratikmusavat.com ” xəbər verir ki, sentyabr ayı üçün "Brent" markalı neft fyuçersləri 1,20 dollar və ya 1,1% bahalaşaraq bir barel üçün 107,82 dollar olub. "Brent" əvvəlki sessiyada isə 2,22 dollar dəyər qazanmışdı.

ABŞ-ın Qərbi Texas neftinin (WTI) bareli 1,44 dollar və ya 1,5% artaraq 98,70 dollar olub ki, əvvəlki sessiyada artım 2,28 dollar olmuşdu.

Bahalaşmaya səbəb isə azalan xam neft ehtiyatları və ABŞ-da benzin tələbindəki artımın qiymətləri dəstəkləməsi olub.

 

0.14357590675354