Azərbaycanda DƏHŞƏT: Qadın sevgilisi tərəfindən qətlə yetirildi (YENİLƏNİB)

 

Balakəndə birgə yaşadığı qadını qətlə yetirən şəxs barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, iyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.

***

15:26

Balakəndə küçədə bıçaqlanan 21 yaşlı qız ölüb.

"Demokratikmusavat.com" xəbər verir ki, Emilya Abdurahmanova yerləşdirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

***

Balakəndə  27 yaşlı Elton Layıcov sevgilisinin boğazını kəsib.

"Unikal" xəbər verir ki, o bu gün səhər saatlarında 21 yaşlı sevgilisini aralarındakı mübahisə səbəbindən çoxsaylı bıçaq zərbələri ilə öldürməyə cəhd edib. Gənc qız Təcili Yardımla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

0.17719507217407