Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisidlərin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Demokratikmusavat.com ”ın məlumatına görə, tenderin qalibi “Koneks Construction” MMC olub.
Qalib şirkətlə 2 mln 911 min 573 manat məbləğində satınalma müqaviləsi imzalanıb.