"Biz çalışırdıq ki, 3 adlı dairələr olmasın" - Məzahir Pənahov

 

“Bizim üçün əsas məsələ seçki dairələrinin sərhədlərinin müəyyən edilməsidir. Bu, ciddi məsələdir".

"Demokratikmusavat.com" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

 

MSK sədri bildirib ki, burada müəyyən maraqların toqquşması, yeni seçki məntəqələrin yaradılması ilə bağlı problemlər ola bilər.

"Çünki yeni yaradılan hansısa məntəqəyə görə əhalini həmin seçki məntəqəsində səs verməyə məcbur etmək olmaz. Ona görə hansı yerlərdə problem olması ehtimalı varsa, dairə sərhədlərinin müəyyən edilməsinə oradan başlamaq lazımdır. Optimal yolları seçmək lazımdır ki, dairələrin sərhədlərinə toxunulmasın. Biz çalışırdıq ki, üç adlı seçki dairələri olmasın. Bütün ölkə üzrə seçki dairələrinin sərhədlərinin toxunulmazlığını nəzərə alaraq, maksimum çalışmaq lazımdır ki, seçki dairələrinin adında 2 addan o tərəfə keçməyək. Yaşayış məntəqələri arasında konflikt yaradılmamasına diqqət edilməlidir. Maksimum elə etmək lazımdır ki, seçki dairələrinin sərhədləri ilə bağlı problem yaranmasın”.

 

0.1455090045929