Təbii qazın qiyməti 2 min dolları keçdi

 

Avropada qazın qiyməti çərşənbə axşamı hər min kubmetr üçün 2000 dolları ötüb. Bu, martın əvvəlindən “Şimal axını” ətrafındakı vəziyyət fonunda ilk dəfədir. 

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatlarında qeyd olunub.

Belə ki, Niderlandın TTF mərkəzində avqust fyuçerslərinin qiyməti min kubmetr üçün 2003 dollara yüksəlib. Günün əvvəlindən qazın qiymətində ümumi artım demək olar ki, 7% təşkil edir.

Qiymət artımı “Qazprom”un Portovaya kompressor stansiyasında daha bir qaz turbinli mühərrikinin dayandırılması ilə bağlı bəyanatı fonunda baş verib. Nəticədə, iyulun 27-dən “Şimal axını” ilə qaz nəqli demək olar ki, iki dəfə - 33 milyon kubmetrə qədər azalacaq. Hazırda isə bu rəqəm 67 milyon kubmetrdir.

0.17304182052612