Tərtərdə baş verən silahlı insidentlə bağlı cinayət işi açılıb.
"Demokratikmusavat.com" “Report”un məlumatına istinadən xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Rəsul Ağayevlə həmkəndlisi, 1973-cü il təvəllüdlü Namiq Hüseynov arasında pambıq sahəsinin suvarılmasına görə mübahisə yaranıb. Bu zaman R.Ağayev ov tüfəngilə N.Hüseynova tərəf atəş açıb. Nəticədə güllə N.Hüseynovun “VAZ-2106” markalı avtomobilinə dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.