Lerik və Göygöl rayonlarına icra başçıları təyin olundu

 

Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Əkbər Abbasov bu təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

O, 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.
       

            ☆☆☆☆☆☆☆

Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elvin Paşayev bu təyinata qədər Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbərinin müavini və nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsində çalışırdı.

"Demokratikmusavat.com"

0.15945291519165