"Demokratikmusavat.com" xəbər verir ki, etibarlı mənbənin gundelik-baku.com-a verdiyi məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Şamil oğlu Allahverdiyev Azərsu ACS-yə sədr gətirilir.
Allahverdiyev Elxan Şamil oğlu 15 iyun 1960-ci il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspiranturasını bitirib.
Əmək fəaliyyətinə 1984-cü ildə başlayıb. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışıb.
1998-2005-ci illərdə “Meridian” MMC-nin direktoru, 2005-ci ildən 2015-ci ilədək “Duet” firmasında kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı “Kredex” MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə “Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, Elxan Şamil oğlu Allahverdiyev Kapital Bank-ın sədri Rövşən Allahverdiyevin qardaşıdır.
"Demokratikmusavat.com"