ELDAR SABİROĞLU: "İNDİ BİLDİN GÜNAH KİMDƏDİR"...

 

Bu gün uzun illərin dostu, Ali Partiya Məktəbində iki il bir partada əyləşib tələbəlik etdiyim, əslən Yardımlı rayonundan olan Şəmsəddin qardaşımla dəniz qırağında xeyli gəzişdik və yadda qalan xatirələrimizi dilə gətirdik.

Söhbətin şirin yerində Şəmsinin tərsliyi tutdu və mənə belə sual verdi ki, ə, bəs səni niyə Şuşaya aparmırlar?!

Bildiyim qədər sənin jurnalist stajın oradakıların çoxunun yaşından da çoxdur.

Baxıram sifətlərə, simalara baş çıxara bilmirəm, Eldar. Necə dəyişərmiş insan!!!

Günah özümdədi, Şəmsi dedim. Mən də gərək bəziləri kimi əvvəlcə müxalifətdə olub Heydər Əliyevi və İlham Əliyevi tərbiyədən kənar ifadələrin dayanmadan hədəfinə gətirəydim, sonra da günün birində həyamı və abrımı şalvarın ətəyinə büküb iqtidar tərəfə keçəydim.

Onda hər şey yaxşı olardı, Şuşaya Ağdama, Fizuliyə, Həkəri çayının sahilində oturub vaxtı ilə seyr etdiyim gözəlliyi bir də seyr edərdim. İndi bildin, Şəmsi günah kimdədir?..

0.14831590652466